Müşahidəçilər Suriyada fəaliyyətə başladı

Müşahidəçilər Suriyada fəaliyyətə başladı
Oxunma sayı: 231

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “əl-Cəzirə” telekanalı yayıb.

Telekanal xəbər verib ki, bu gün müşahidə missiyasının üzvləri müxaləfətin ən böyük sığınacaqlarından olan Homs şəhərinə gedəcəklər. Bu şəhərdə indiyədək hökumət qüvvələri ilə müxalifət silahlıları arasında silahlı qaşıdurma davam edir.

Ərəb Ölkələri Liqasının baş katibi Nabil əl-Ərəbinin sözlərnə görə, Suriya hakimiyyəti müşahidəçilərə istənilən şəhərə getmək, həbsxanalarda dustaqların və xəstəxanalardakı yaralıların vəziyyətilə tanış ola bilmək sərbəstliyi verib.

Rəsmi Dəməşq iddia edir ki, ölkədə dinc müxalifət deyil, “silahlı cinayətkar dəstələr” fəaliyyət göstərir.

BMT-nin yaydığı məlumatda 9 ay ərzində aramsız münaqişədə Suriyada 5 min nəfərdən artıq insanın öldüyü bildirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi