Müsavat namizədlərini nə vaxt açıqlayacaq?

musavat-namizedlerini-ne-vaxt-aciqlayacaq
Oxunma sayı: 1324

"Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik".

"Qafqazinfo" xəbər verir ki, bunu Müsavat partiyasının başqanı Arif Hacılı şəxsi feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, namizədlər arasında müxtəlif sahədən təmsil olunan şəxslər var: "Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var. Həftə sonunadək Azərbaycan parlamentində görmək istədiyimiz möhtəşəm tərkibi, dairələr üzrə adaylarımızın tam siyahısı elan ediləcək. Dövlətimiz və millətimiz üçün xeyirli, uğurlu olsun".