Müxalifətçilərin məhkəməsi olub

muxalifetcilerin-mehkemesi-olub
Oxunma sayı: 661

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının “Qafqazinfo”ya verdiyi məlumata görə, Səbail rayon Məhkəməsində baş tutan prosesdə vəkillərin qaldırdığı vəsatət qəbul olunmayıb: “Vəkillər vəsatət qaldırdı ki, onlarla bağlı həbs qəti imkan tədbiri dəyişdirilsin. Lakin, müşavirədən sonra hakimlər bildirdilər ki, vəsatət qəbul olunmadı”.

Sədr müavini qeyd etdi ki, vəkillər həmçinin ittiham aktının izah olunmasını da tələb ediblər. Lakin, bunun istintaqdan sonra məlum olacağını bildiriblər: “Vəkillər isə etiraz edib bildiriblər ki, biz istintaqa qədər də özümüzü müdafiə etməliyik”.

Fatimə Kərimli