Muxtar Babayev Qusarda vətəndaşları qəbul edib - Fotolar

muxtar-babayev-qusarda-vetendaslari-qebul-edib
Oxunma sayı: 1673

Dekabrın 22-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.