Namiq Aygünlə münasibətlərindən danışdı- - Video

namiq-aygunle-munasibetlerinden-danisdi-
Oxunma sayı: 2927


“Qafqazinfo”nun məlumatına görə, meyxanaçı “Onlar” verilişinə açıqlamasında xalq artisti ilə münasibətlərinin yaxşı olduğunu bildirib:

“Aygün xanımla aramızda qalmaqal yox idi, münasibətimiz gözəldir. İnsanlar nə istəyirsə, onu düşünür. Məclisə dəvət ediblər, gedib oxuyub qonorarımızı almışıq”. 

36 yaşı tamam olan Qaraçuxurlu qocalmaqdan qorxmadığını vurğulayıb:

“Düşünürəm ki, kişiyə ağ saç yaraşır. Ətrafımda elə ağsaqqallar var ki, onlara kumir kimi baxıram. Tez qocalmaq istəyirəm.  Müğənni var ki, yaşlılığı boynuna almır. 25 yaşımda etdiklərimi indi edə bilmərəm.  Elə müğənnilər var ki, saçlarını rəngləyirlər. Sonra vaxtları olmayanda ağarmış saçla gəlirlər. Saqqalım ağarıb, deyirlər boya vur. Amma istəmirəm, içimdən saç boyamaq gəlmir. Doğum günlərimi qeyd etməyi sevmirəm”.  

Könül