Narkotik satan 45 nəfər, oğru və saxta pul kəsən tutuldu - Video

narkotik-satan-45-nefer-ogru-ve-saxta-pul-kesen-tutuldu
Oxunma sayı: 2811

Bakının Suraxanı rayonunda son 15 gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Hövsan, Əmircan, Bülbülə, Yeni Günəşli və digər qəsəbələrində həyata keçirdikləri əməliyyatlar zamanı 6 nəfər saxlanılıb.

 Əməliyyatlar zamanı Ramin Əsgərov, İqor Romanov, Yusif Həsənov, Rəhman Cəfərov, Rəşad Hüseynov və Tərlan Abbasov narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün tutularaq istintaqa cəlb ediliblər. Bu şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, həmçinin satışı qadağan edilən həblər aşkar edilib.

İməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 39 nəfər saxlanılıb. Bu şəxslərin hər biri barəsində Suraxanı RPİ-də araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Yeni Günəşli qəsəbəsində 5 mənzildən oğurluq edən Emin Cəfərov və saxta pul hazırlayaraq dövriyyəyə buraxmağa çalışan Elcan Şahverdiyev saxlanılıb. Sonuncudan 600 manat saxta əskinas aşkar olunaraq götürülüb.