NASA Marsdan ilk yüksək dəqiqlikli görüntü paylaşdı - Foto

NASA Marsdan ilk yüksək dəqiqlikli görüntü paylaşdı
Oxunma sayı: 2278

NASA Marsdan yeni görüntü yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, NASA-nın sosial şəbəkə hesabında “Qırmızı planet”in panoramik şəkli paylaşılıb.

Bildirilib ki, bu, yüksək dəqiqlikli görüntü “Perseverance” (“Əzm”) kosmik gəmisi göndərildikdən sonra əldə edilib.

Görüntüdə planetdəki qədim çayın deltası və uçurum əksini tapıb. 

Qeyd edək ki, bir neçə gün öncə NASA-nın kosmosa göndərdiyi “Perseverance” (“Əzm”) kosmik gəmisi Marsa eniş edib. Daha sonra NASA kosmik gəminin Marsa enişini əks etdirən görüntüləri yayımlayıb. Görüntülərdə Marsdan gələn ilk səs də eşidilib.