NATO bazasının inşasında Türkiyə şirkətləri də iştirak edə bilər

nato-bazasinin-insasinda-turkiye-sirketleri-de-istirak-ede-biler
Oxunma sayı: 1824

Xəbər verdiyimiz kimi, Rumıniyada NATO-nun Avropada mövcud olacaq ən böyük hərbi bazasının inşasına başlanılıb. 

“Qafqazinfo”nun “Aydınlık” qəzetinə istinadən məlumatına görə, sözügedən bazanın inşasında Türkiyə şirkətlərinin də iştirakı gözlənilir.

Qəzet yazır ki, Türkiyə bu prosesdə Rumıniyanı dəmir, polad, mis və sement ilə təchiz edə bilər. 

Bu xüsusda, türkiyəli biznesmenlərin son zamanlar Rumıniyaya bir neçə səfər etdiyi qeyd olunub. 

Qeyd edək ki, Rumıniya layihəyə 2,5 milyard dollar sərmayə yatıracaq.