NATO-nun Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi o oldu

nato-nun-cenubi-qafqaz-uzre-yeni-xususi-numayendesi-o-oldu
Oxunma sayı: 633

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi təyin edilib.

“Qafqazinfo” NATO-ya istinadən xəbər verir ki, bu vəzifə Kevin Hamiltona həvalə olunub.

Qeyd edək ki, Kevin Hamilton həmçinin NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Bölməsində Tərəfdaşlıqlar üzrə köməkçisidir. Kanadalı siyasətçi ən son 2023-2026-cı illərdə ölkəsinin Türkiyədəki rezident, Azərbaycanda və Gürcüstanda isə qeyri-rezident səfiri vəzifəsini icra edib. O, 2016-2020-cı illər aralığında Kanadanın Rumıniya, Bolqarıstan və Moldovada səfiri vəzifəsində çalışıb.