NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansına üzv ölkələrin Ukrayna Silahlı Qüvvələrinə göndərmək üçün kifayət qədər hava hücumundan müdafiə sistemləri var.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o bu barədə Brüsseldə mətbuat konfransında deyib:
“Reallıq ondan ibarətdir ki, bizdə mövcud sistemlər var. Hava hücumundan müdafiə sistemləri və “Patriot” batareyalarına gəldikdə, Ukraynanı təmin etmək üçün kifayət qədər sistemlər mövcuddur”.