Navalnıya Saxarov mükafatı verildi

navalniya-saxarov-mukafati-verildi
Oxunma sayı: 1686

Avropa Parlamenti həbsdə olan rusiyalı müxalif Aleksey Navalnını Saxarov adına “Düşüncə azadlığı” mükafatı ilə təltif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Xalq Partiyasının Tvitter hesabında yazılıb:

“Rusiyalı müxalifətçi Aleksey Navalnı 2021-ci ilin Saxarov mükafatına layiq görülür”.

Mükafat verilənlərin qısa siyahısında Əfqanıstan qadınları və Boliviyadan olan hüquq müdafiəçisi də daxildir. Mükafatlandırma mərasimi dekabrın 15-də Strasburqda AP-nin plenar iclasına planlaşdırılır.

Qeyd edək ki, Saxarov mükafatı 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilib. Mükafat Sovet fiziki, SSRİ-də insan haqları hərəkatının liderlərindən biri, Nobel Sülh Mükafatı laureatı (1975) Andrey Saxarovun (1921-1989) adını daşıyır. Mükafat sahibi diplom və 50 min avroluq çek alır.