Naxçıvanda polis uşağı batmaqdan xilas etdi, özü boğuldu - Foto

naxcivanda-polis-usagi-batmaqdan-xilas-etdi-ozu-boguldu
Oxunma sayı: 8695

Naxçıvanda Uzunoba gölündə iki nəfər boğulub.

“Qafqazinfo” xəbər verir ki, batan şəxslər 1984-cü il təvəllüdlü Aslanlı Səadət Salman qızı, 1982-ci il təvəllüdlü Quliyev Vüsal Əbülfəz oğludur.

Onların meyiti FHN xilasediciləri tərəfindən çıxarılıb. 2010-cu il təvəllüdlü Mehdiyev Murad Mahir oğlu xilas olunaraq xəstəxanaya yerləşdirilib.

***

Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib. 

“Qafqazinfo”nun məlumatına görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. 

Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər. 

Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.