Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri xəstəxanaya yerləşdirildi

naxcivanin-hebsde-olan-sabiq-daxili-isler-naziri-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 6469

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun səhhəti pisləşib.

“Qafqazinfo” xəbər verir ki, o, bu gün həbsxanadan xəstəxanaya köçürülüb.

Onun Naxçıvan diaqnostika müalicə mərkəzinə köçürüldüyü bildirilir.

Qeyd edək ki, Əhməd Əhmədov dekabrın 2-də Naxçıvan Ali Məhkəməsinə çıxarılmalıdır.

Xatırladaq ki, Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub. 2021-ci ildə onun barəsində Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (külli miqdarda mənimsəmə) cinayət işi başlanıb və o həbs edilib. Naxçıvan Hərbi Məhkəməsi ona 11 il azadlıqdan məhrumetmə cəzası verib. 

Əlavə edək ki, bu gün Əhməd Əhmədovun azadlığa buraxılması ilə bağlı məlumatlar yayılmışdı.