Nazir əvəzinin qəfil “Azərpoçt” gəlişi - Reydə görə

nazir-evezinin-qefil-azerpoct-gelisi
Oxunma sayı: 8757

Rabitə və yüksək texnologiyalar naziri vəzifəsini icra edən Ramin Quluzadə bu gün qəfildən “Azərpoçt” MMC-yə gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə virtualaz.org saytına həmin qurumda işləyən əməkdaşlar məlumat veriblər.

Nazir əvəzi “Azərpoçt”a xəbərdarlıq etmədən gəlib və qurumun necə işlədiyini yoxlayıb.

Mənbənin məlumatına görə, bu cür qəfil reyd ondan xəbər verir ki, nazirlikdə, necə deyərlər, təmizləmə işi bundan sonra da davam etdiriləcək.

Xatırladaq ki, Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev noyabrın əvvəlində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Sonradan onun barəsində həbs-qətimkan tədbiri seçilib.