Nazir Heydər Əliyevdən danışdı

nazir-heyder-eliyevden-danisdi
Oxunma sayı: 650

Əsası H.Əliyev tərəfindən qoyulan İKT sahəsinin gələcək inkişafına da toxunan Əli Abbasov ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının İKT sahəsinin inkişafında yeni mərhələ olacağını, konsepsiyada yer alan tədbirlərin həyata keçirilməsi nəticəsində İKT-dən istifadə edilməklə elmtutumlu layihələrin icrasına başlanılacağını, sağlam rəqabət mühiti yaradılaraq, sənayenin innovasiyalar əsasında inkişafı ilə elm və texnologiya potensialının gücləndiriləcəyini, ölkə iqtisadiyyatının innovasiya əsaslı irəliləyişinin təmin olunacağını da vurğulayıb.

Çıxışdan sonra Heydər Əliyevin 90 illik yubileyi münasibətilə RİTN-in Azərmarka şirkəti tərəfindən çap olunmuş "Heydər Əliyev-90", həmçinin Azərbaycan Respublikası və Rusiya Federasiyasının birgə buraxılışı olan "Heydər Əliyev Müqəddəs Apostol Andrey Pervozvannı ordeninin kavaleri" mövzusuna həsr olunmuş poçt markalarının dövriyyəyə buraxılması mərasimi keçirilib.

Daha sonra konfransda RİTN-in yubileylə bağlı Tədbirlər Planına uyğun olaraq, 5 saylı xüsusi internet məktəbinin görmə qabiliyyəti zəif olan şagirdlərinə səslə idarə olunan mini-kompüterlər, eyni zamanda Azərbaycanın ali təhsil müəssisələrində İKT ixtisasları üzrə təhsil alan və təhsildə fərqlənən tələbələrə kompüterlər təqdim edilib, nazirlik tərəfindən sosial qruplar üçün hazırlanan güzəşt kampaniyası, həmçinin RİTN-in reallaşdırdığı və ilboyu davam edəcək "Mən Azərbaycanlıyam" onlayn müsabiqə barədə ətraflı məlumat verilib.