Nazir iqlim dəyişikliklərinin aqrar sahəyə təsirindən danışdı

nazir-iqlim-deyisikliklerinin-aqrar-saheye-tesirinden-danisdi
Oxunma sayı: 862

“COP29 Azərbaycanda keçirilən ən mühüm tədbirlərdən biridir. Bu tədbir çərçivəsində iqlim dəyişikliyi ilə bağlı müzakirələr aqrar sahəyə öz töhfəsini verəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O bildirib ki, iqlim dəyişikliklərinin aqrar sahəyə neqativ təsirləri həddən artıq böyükdür: “19 noyabr tarixində kənd təsərrüfatı, qida və su günü keçiriləcək və həmin gün aqrar sahə, iqlim dəyişmələrinin bu sahəyə təsirləri ilə bağlı müzakirələr aparılacaq”.

“Azərbaycanda irəli sürülən 14 təşəbbüsdən biri aqrar sahə ilə bağlıdır. Bu, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsüdür. Ümid edirik ki, bu təşəbbüs indiyə kimi olmuş bütün aqrar təşəbbüslərin bir yerdə aqreqatoru rolunu oynayacaq. Belə ki, bu təşəbbüsləri bir yerə toplayacaq, koordinasiya edəcək və aqrar sahə və fermerlər üçün qərarlar veriləcək”, - nazir əlavə edib.

Gülnar Əliyeva