Nazir karantinin 7 günə salınmasını belə izah etdi

nazir-karantinin-7-gune-salinmasini-bele-izah-etdi
Oxunma sayı: 4960

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda koronavirusa yoluxan şəxslərin karantin müddətinin 7 günə endirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında danışıb.

““Omicron” ştamına yoluxan şəxsin simptomları 2 günə üzə çıxır, 5 gündən sonra isə o ətrafı yoluxdurmur. Ona görə bu müddət 7 günə endirilib. Burada hər şey məntiqlidir”.

Gülnar Əliyeva