Nazir şagirdlərin əkdiyi çiyələyin mürəbbəsinin dadına baxdı - Fotolar

nazir-sagirdlerin-ekdiyi-ciyeleyin-murebbesinin-dadina-baxdi
Oxunma sayı: 1773

“Bu gün “Son zəng” tədbirindən sonra Cəlilabada gəldik”.

“Qafqazinfo” xəbər verir ki, bunu sosial şəbəkə hesabında təhsil naziri emin Əmrullayev yazıb.

O qeyd edib ki, Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbdə təşkil olunmuş peşə təmayüllü siniflərə baş çəkiblər:

“Bu ilin məzunları ilə görüşdük. Layihənin ilk 20 məzunu xidmət, təmir-tikinti və aqronomluq üzrə öyrəndikləri bacarıqları nümayiş etdirdilər.

Daha sonra şagirdlərin əkdikləri çiyələkdən hazırlanmış mürəbbə və kompotun dadına baxdıq”.