Nazir Şamaxıda vətəndaşları qəbul etdi - Fotolar

nazir-samaxida-vetendaslari-qebul-etdi
Oxunma sayı: 2199

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Şamaxı şəhərində, Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında Şamaxı və Qobustan rayonları sakinlərini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə nazir Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra K. Heydərov tərəfindən qəbul edilən sakinlərin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

FHN rəhbəri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə prezidentinə minnətdarlıq ediblər.