Nazirlər Kabineti bayram günlərini açıqladı

nazirler-kabineti-bayram-gunlerini-aciqladi
Oxunma sayı: 657

Nazirlər Kabineti 2013-cü ildə Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qərar qəbul edib. “Qafqazinfo”ya açıqlama verən Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq, gələn il 20, 21, 22, 23, 24 mart Novruz bayramı, avqustun 8-i və 9-u Ramazan bayramı, oktyabrın 15-16-sı Qurban bayramı elan olunub.


Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü elan edilmir.

Səidə