Nazirlik kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

nazirlik-kutlevi-zeherlenme-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 1478

Səhiyyə Nazirliyi Qusar rayonunda bir ailənin 8 üzvünün qidadan zəhərlənməsi hadisəsi ilə bağlı açıqlama yayıb. 

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, zəhərlənənlər Qusar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. 

Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, Qələcuq kəndindəki zəhərlənmədə kənd sakinləri – 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, bacı və qardaşlar – 9 yaşlı Lalə Ağakişiyeva Kamran qızı, 8 yaşlı Məhəmmədəli, 7 yaşlı Mədinə, 5 yaşlı Seyidəli, 1 yaşlı Şəfa evdə yedikləri qutabdan zəhərləniblər.