Nazirliyin gənc əməkdaşı xəstəlikdən öldü - Fotolar

nazirliyin-genc-emekdasi-xestelikden-oldu
Oxunma sayı: 11859

Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət xidmətinin Salyan Regional İdarəsinin baş məsləhətçisi Qoşqar Qurbanov qəfil vəfat edib.

Onun hansı səbəbdən dünyasını dəyişməsi barədə ətraflı məlumat verilməyib.

***

Yaxınları Q.Qurbanovun uzun müddət xəstəlikdən əziyyət çəkdiyini, xeyli müddət müalicə alsa da, bu səbəbindən vəfat etdiyini bildiriblər.