Nazirliyin rəisi işdən çıxarıldı

nazirliyin-reisi-isden-cixarildi
Oxunma sayı: 7917

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Mustafa Əhmədov vəzifəsindən azad edilib.

Qafqazinfo” xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti Report-a faktı təsdiqləyib.

Rəisin 2 ay öncə nazirliyin Qubada apardığı yoxlamaların nəticələrinə əsasən işdən kənarlaşdırıldığı bildirilir.

Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yeni rəhbərinin kim olduğu açıqlanmır.