Neftçalada da koronavirusla mübarizə tədbirləri davam edir - Fotolar

neftcalada-da-koronavirusla-mubarize-tedbirleri-davam-edir
Oxunma sayı: 2704

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alaraq, Neftçala rayonunda da bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.⠀⠀⠀⠀
⠀⠀⠀⠀⠀
“Qafqazinfo” xəbər verir ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən yaradılan Operativ Qərargahın Monitorinq komissiyasının üzvləri Neftçala rayonu ərazisində mütamadi olaraq reyd və maarifləndirici aksiyalar həyata keçirir. Rayonun ictimai-iaşə və ticarət obyektlərində, əhalinin sıx toplaşan məhəllələrində, küçə və prospektlərində əhali ilə fərdi söhbətlər apararaq karantin qaydalarına riayət edilməsi tapşırılır.

Neftçala Rayon Könüllülər qrupu tərəfindən rayonun mərkəzində əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara pulsuz tibbi maskalar və əlcəklər paylanılır.⠀⠀

Həmçinin rayon sakinlərinə, yaşlılara, uşaqlı qadınlara, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara və digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunaraq, onlarla maarifləndirici söhbətlər aparılır və vətəndaşlara koronavirus pandemiyasından qorunmaq üçün qaydalar planını əhatələyən məlumat vərəqələri paylanılır.⠀