Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ərəbqardaşbəyli və Bala Surra kəndlərinin sakinləri ilə səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Cəngan kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Ərəbqardaşbəyli və Bala Surra kəndləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Mirhəsən Seyidov bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qurucusu həmçinin, ölkəmizdə hüquqi dövlət quruculuğunun və mütərəqqi hüquqi islahatların əsasını qoyan dahi siyasi xadimdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt nəticəsində ölkədə hüquqi sistemin təməl prinsipləri formalaşdırılıb, hüquq islahatları dərinləşdirilərək dövlətin bütün sahələrində qanunçuluğun bərqərar olunmasına nail olunub.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, torpaq aktında olan hərf səhvinin aradan qaldırılması, ev tikintisinə köməklik göstərilməsivə digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.




Son xəbərlər
Son Xəbərlər