“Neftçi” – “Qarabağ” matçının saatı açıqlandı

neftci-qarabag-matcinin-saati-aciqlandi
Oxunma sayı: 2283

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün sonuncu - 28-ci turunun oyun cədvəli açıqlanıb.

“Qafqazinfo” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həlledici turun görüşlərinin hamısı mayın 19-da keçiriləcək.

“Neftçi” və “Qarabağ” komandaları arasında keçiriləcək və çempionluğun taleyinə aydınlıq gətirəcək qarşılaşma “Dalğa Arena”da baş tutacaq. Bu oyuna saat 20:30-da start veriləcək.

Turun digər üç oyunu isə eyni saatda - 18:00-da başlayacaq. İki görüş “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in rəsmi saytında canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

28-ci tur

19 may (çərşənbə)

“Səbail” – “Sumqayıt”

Bakı. “ASCO Arena”, 18:00 (canlı/Pfl.az).

“Sabah” – “Zirə”

Masazır. “Bank Respublika Arena”, 18:00 (canlı/”CBC/Sport”).

“Keşlə” – “Qəbələ”

Bakı. “ASK Arena”, 18:00 (canlı/Pfl.az).

“Neftçi” – “Qarabağ”

Bakı. “Dalğa Arena”, 20:30 (canlı/”CBC/Sport”).