“Neftçi” – “Spartak” matçının başlama saatı açıqlandı

neftci-spartak-matcinin-baslama-saati-aciqlandi
Oxunma sayı: 3207

“Neftçi” və Rusiyanın “Spartak” (Moskva) komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq oyununun başlama saatı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, görüş saat 18:00-da başlayacaq.

Biletlərin tezliklə satışa çıxarılacağı vurğulanıb.

Qeyd edək ki, qarşılaşma martın 23-də "Neftçi Arena"da reallaşacaq.