Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək. İlk olaraq “Zirə” “Qəbələ”ni qəbul edəcək. “Neftçi” isə “Sumqayıt”ın qonağı olacaq.
Qeyd edək ki, bu turda “Qarabağ” “Sabah”la heç-heçə (1:1) edərək yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.
4 may (çərşənbə)
17:45. “Zirə” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu
20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev
“Kapital Bank Arena”
***
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
Sonuncu oyun günündə 2 matç keçirilib. İlk olaraq "Zirə" "Qəbələ"ni qəbul edib. Rəşad Sadıqovun komandası bu oyunda qalib gəlsəydi, ən azı 4-cü yeri özü üçün təmin edəcək və Konfrans Liqasına vəsiqə qazanacaqdı. Ancaq sözügedən görüşdə "Zirə" 0:3 hesabı ilə uduzub. "Neftçi" isə "Sumqayıt"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu turda "Qarabağ" "Sabah"la heç-heçə (1:1) edərək yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.