“Neftçi”dən qələbə, “Qəbələ”dən heç-heçə

“Neftçi”dən qələbə, “Qəbələ”dən heç-heçə
Oxunma sayı: 1293

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, ilk oyun günü iki görüş keçirilib. “Qəbələ” doğma meydanda “Səbail”i qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Günün digər oyununda isə “Neftçi” “Keşlə”nin qonağı olub. "Ağ-qaralar" səfər matçında 1:0 hesabı ilə qalib gələrək liderliyə yüksəlib.

7-ci tur

24 oktyabr

16:00.“Keşlə” - “Neftçi” - 0:1 
Qol: Namiq Ələsgərov, 68
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
ASK Arena

14:00.“Qəbələ” - “Səbail” - 1:1
Qol: Qoxa, 4 (1:0), Ekşteyn, 26 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli
Qəbələ şəhər stadionu