Neftimiz ucuzlaşdı

neftimiz-ucuzlasdi
Oxunma sayı: 1200

Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,3 ABŞ dolları, yaxud 2,61 % azalaraq 85,81 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 88,11 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.