“Neftin bahalaşması bazarın çökməsinə səbəb ola bilər” - Vahid Ələkbərov

neftin-bahalasmasi-bazarin-cokmesine-sebeb-ola-biler
Oxunma sayı: 1740

“Neftin bir barrelinin 65-75 dollar səviyyəsində olması həm neft istehsalçıları, həm də istehlakçılar üçün rahatdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov “Kommersant” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, neftin qiymətinin yüksək olması bazarın çökməsinə gətirib çıxara bilər.

“Neftin qiymətinin bir barrelinin 100 dollardan yuxarı olmasını istəməzdim. Çünki bu, aşağı gəlirli və az effektli layihələrə investisiyaları stimullaşdıra və bazarın çökməsinə səbəb ola bilər”, - deyə Vahid Ələkbərov vurğulayıb.