Ötən il İstanbul meri vəzifəsindən uzaqlaşdırılan və hazırda həbsdə olan Ekrem İmamoğlu nənəsi Emine İnan İmamoğlunu 100-cü doğum günü münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İmamoğlunun instaqram hesabında paylaşım edilib.
“Mənim zəhmətkeş, əməyi ilə yaşayan nənəm, evimizin əsilzadə qadınlarından biri. Allah səni qorusun!” – paylaşımda bildirilib.
Qeyd edək ki, Emine İnan İmamoğlunun anası Havva İmamoğlunun anasıdır.

Son xəbərlər
Son Xəbərlər