Nəsrin Cavadzadə polisə şikayətçi oldu

nesrin-cavadzade-polise-sikayetci-oldu
Oxunma sayı: 3542

Aktrisa Nəsrin Cavadzadə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb tvitter paylaşım platformasında Cavadzadə adına hesab açılması və statuslar paylaşılmasıdır.

Nəsrin instaqramda açıqlama yayaraq həmin səhifəni idarə edənlərdən polisə şikayətçi olduğunu bildirib:

“Bu səhifə haqqında hüquqi çərçivədə addım atılıb. Tvitter hesabım yoxdur. Təkcə instaqramdan istifadə edirəm. Xahiş edirəm ki, həmin hesaba etibar etməyin”.