Ulduz hücumçu Neymar “Santos” klubu ilə yeni müqavilə imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 33 yaşlı braziliyalı cinah hücumçusu ən azı 2026-cı ilin dekabrına kimi klubda qalacaq.
Qeyd edək ki, Neymarın Braziliya klubu ilə hazırkı müqaviləsi 2025-ci il dekabrın 31-dək qüvvədə olub. O, bu mövsüm Braziliya liqasında 20 oyun keçirib, 8 qol vurub.
Hücumçunun transfer dəyəri 10 milyon avrodur.
Son xəbərlər
Son Xəbərlər