Neymar rus modellə eşq yaşayır? - Fotolar

neymar-rus-modelle-esq-yasayir
Oxunma sayı: 7404

Braziliya millisinin və PSJ-nin hücumçusu Neymarla bağlı yeni iddia yayılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçunun tatar əsilli rusiyalı model Yekaterina Səfərova ilə gizli sevgi münasibətində olduğu bildirilir.

Fransız paparazzilər cütlüyün gizli görüşlərini aşkar edib. Neymarın ad günündən Səfərova ilə görüşməyə başlayıb. Katya 27 yaşlı futbolçunun doğum günü üçün Parisə yollanıb. Tatar gözəl Neymarla dost olduğunu desə də, cütlüyün sevgili olduğu bildirilir.