Nəzrinin ölümünə görə həbs edilən həkim - Azadlıqda

nezrinin-olumune-gore-hebs-edilen-hekim
Oxunma sayı: 6460

30 yaşlı Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsi ilə bağlı həbs edilən cərrah Sənan Mehdiyevin apellyasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi yekun qərarını açıqlayıb.

Qərarda qeyd edilib ki, Sənan Mehdiyev Amnistiya aktı şamil edilməklə cəzadan tam azad olunub. 

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə S.Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il azadlıqdan məhrum edilmişdi.

Sail Ağasəlim