Niderland Ukraynaya əlavə 2 milyard dollar ayırır

niderland-ukraynaya-elave-2-milyard-dollar-ayirir
Oxunma sayı: 1076

Niderland Ukraynaya 2 milyard dollar həcmində yeni hərbi yardım paketi göndərəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Niderlandın Müdafiə Nazirliyi yayıb. 

“Niderland Ukraynaya daimi dəstəyini davam etdirir. Nazirlər Kabineti 2024-cü il üçün 2 milyard avrodan çox vəsait ayırıb. Bu məbləğ əsas olaraq hərbi dəstək üçün nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunub.