Nigeriyada hərbi bazaya hücum oldu - 73 əsgər öldü

nigeriyada-herbi-bazaya-hucum-oldu
Oxunma sayı: 1036

Nigeriyanın Mali ilə sərhəddə yerləşən hərbi bazasına militanlar tərəfindən silahlı hücum olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nəticədə 73 əsgər ölüb, 12-si yaralanıb. Nigeriyanın Müdafiə naziri İssoufou Katambe açıqlamasında çox sayda terrorçunun zərərsizləşdirildiyini deyib. 

Qeyd edək ki, hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.