“Nissan” aşdı, 5 nəfər xəstəxanalıq oldu - Foto

nissan-asdi-5-nefer-xestexanaliq-oldu
Oxunma sayı: 1130

Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Nissan”markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı 2005-ci il təvəllüdlü Nağıyeva Rəşidə Rəşid qızı, 1991-ci il təvəllüdlü Zeynalov Rəşad Şahmalı oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Toğrul Şahmalı oğlu, 2011-ci il təvəllüdlü Zeynalov Ramal Vasif oğlu və sürücü 1984-cü il təvəllüdlü  Zeynalova Ülviyyə Şərafət qızı xəsarət alıblar.

Yaralılardan 4-ü evə buraxılıb, bir nəfərin müalicəsi Şənkir Rayon Mərkəzi Xəstəxanasında davam edir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev