Nizamidə şəhid və qazi övladları üçün bayram tədbiri keçirildi - Fotolar

nizamide-sehid-ve-qazi-ovladlari-ucun-bayram-tedbiri-kecirildi
Oxunma sayı: 3160

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid ailələri və qazilərlə görüşüb, şəhid və qazi övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Şəhid ailələri və qazilər onların övladlarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə uşaqlar üçün musiqili proqram və əyləncəli oyunlar təşkil olunub, cizgi filmi göstərilib, sonda uşaqlara hədiyyələr təqdim edilib.