Növbəti lisenziya Elis Manolovadan gəldi

novbeti-lisenziya-elis-manolovadan-geldi
Oxunma sayı: 1237

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir.

"Qafqazinfo" xəbər verir ki, ikinci yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub.

Türkan Nəsirova startda Ekvador güləşçisinə yenilib.

Alyona Kolesnik Qırğızıstan idmançısıyla qarşılaşmaya yaxşı başlasa da, ikinci hissədə "tuşe" ilə xalçadan məyus ayrılıb.

Tatyana Omelçenko ilk görüşdə sonuncu xal prinsipinə əsasən alman güləşçiyə məğlub olub.
Mübarizəyə 1/8 finaldan qoşulan Elis Manolova yunan həmkarını üstələyib. Təmsilçimizin növbəti görüşü daha gərgin mübarizə şəraitində keçib. Argentinalı güləşçi hesabda 2:0 öndə olsa da, Manolova geridönüş edib. Yekunda Elis sonuncu xal prinsipinə əsasən yarımfinala yüksəlib. Həlledici qarşılaşmada Asiya çempionu olmuş Qazaxıstan güləşçisinə gücünü göstərən yığmamızın üzvü finala adını yazdırmaqla yanaşı, Tokio Olimpiadasına vəsiqəni təmin edib.