“Növbəti oyunu düşünməliyik”

novbeti-oyunu-dusunmeliyik
Oxunma sayı: 826

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində Yunanıstan yığmasına 1:6 hesabıyla uduzub.

"Qafqazinfo" xəbər verir ki, millimizin baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına açıqlamasında məğlubiyyəti şərh edib:

 “İlk 30-35 dəqiqə rəqibdən aşkar üstün futbol oynadıq. Təəssüf ki, yaratdığımız 3 qol epizodundan istifadə edə bilmədik. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə edə bilməsən, bunun acısını çəkəcəksən. Nəticədə belə də oldu. Qapımıza təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi. 9 dəqiqə ərzində qapımızdan 3 top buraxdıq. Fasilədən sonra qollardan birinin əvəzini çıxsaq da, rəqib əks-hücumlarda hesab arasındakı fərqi artırdı. Bu qarşılaşmanı unudub növbəti oyunu düşünməliyik”.