Nyu-York meri Qurana and içdi

nyu-york-meri-qurana-and-icdi
Oxunma sayı: 1042

ABŞ-də Zohran Mamdani Nyu-York şəhərinin ilk müsəlman meri kimi vəzifəsinin icrasına Qurana and içməklə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Yeni ilin erkən saatlarında Nyu-Yorkda, 1904-cü ildə tikilmiş və “City Hall Park”ın altındakı uzun müddətdir qapalı olan metrostansiyada Mamdaninin andiçmə mərasimi keçirilib.

Yalnız ailə üzvləri və yaxın dostların qatıldığı qapalı mərasimə Nyu-Yorkun baş prokuroru Letitia Ceyms rəhbərlik edib.

O, stansiyanın pilləkənlərində iştirakçılara müraciət edib:

“Bu, həqiqətən də, ömürlük bir şərəf və imtiyazdır. Sabah vəzifələrimizə başlayanda hər kəsi görməyi səbirsizliklə gözləyirəm”.

Metrostansiyada mərasimin keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan yeni mer qeyd edib ki, bu məkan ictimai nəqliyyatın şəhərin canlılığı, sağlamlığı və tarixi irsi üçün nə qədər vacib olduğunu göstərir.

Qeyd edək ki, 34 yaşlı Zohran Mamdani mer seçkilərində qələbə qazanaraq tarixə düşüb. Özəl və ictimai andiçmə mərasimlərindən sonra o, rəsmi olaraq Nyu-Yorkun ilk müsəlman meri kimi vəzifəsinin icrasına başlayacaq.