O dəhşətli günün səhəri... - Fotolar

o-dehsetli-gunun-seheri
Oxunma sayı: 5011

Yanmış avtomobillər, dağılmış evlər, boş qalmış ayaqqabılar, oyuncaqlar, qərənfillər, bir də hüzn... Bunlar üç il öncə Bərdə terrorundan geriyə qalanlar idi.

2020-ci ilin bugünkü tarixində ermənilərin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. 

Ondan bir gün əvvəl-oktyabrın 27-si isə Bərdənin Qarayusifli kəndinə raket atılması nəticəsində 5 nəfər həlak olmuş, 13 nəfər isə yaralanmışdı.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın Bərdə terroru zamanı çəkdiyi fotoları bir daha təqdim edirik: