O səs, Türkiyəni ayağa qaldırdı... - Video

o-ses-turkiyeni-ayaga-qaldirdi-
Oxunma sayı: 5183


“Qafqazinfo” tanınmış simaların fikirlərini təqdim edir:

Xalq artisti Faiq Ağayev: “Uğurlar sənə, istedad”. 

Əməkdar artist Sevda Ələkbərzadə: “ Bax nə zaman ki, ölkəni belə səs bu səviyyyədə vokalist təmsil edirsə, xoş və fəxredicidir. Uğurlar Elnur”. 

Aktrisa Məlahət Abbasova: “Tv 8” “O Səs Türkiyə”dəki Elnur superdi. Azərbaycanlı olaraq qürur duydum. İnsallah, bir çox insana olduğu kimi onun üçün Türkiyə gözəl bir dönüş nöqtəsi olar”.

Rejissor Kənan M.M: “Bax biz belə millətik. Qədrini bilmədiyimiz Elnur, restoranlarda itib batan Elnur “O Səs Türkiyə”də hər kəsi ayağa qaldırdı. Halal halal halal, O Səsə Azərbaycan, Türkiyə deyil”. 

Bəstəkar-aparıcı Murad Arif: “Fəxarət anı... Elnur nə olar bu dəfə şöhrətdən doğru istifadə et və anla sən gözəl ifaçı olsan da, işləməsən də unudulacaqsan. 5.000 dostum var, 4.999-u Elnurdan yazır... Hamısı da deyir ki, burada qiymət verilmədi. 

Nə bilim vallah... Bir dəfə Elnurun ifasını siz özünüz paylaşdığınız gün olmadısa, kim qiymət verməyib?

Mən və bacım Könül Arifqızı onu dəfələrlə proqrama çağırdıq. Bildiyim qədər bütün kanal və radiolar əməkdaşlıq üçün müraciət edib. Adam özü efirə meylli deyil, bir az da tənbəldir. Amma siz... Bəli! Sizlər... Təki şikayət etməyə səbəb tapasınız. Sizin kimi Elnurlardan qaçır Elnurlar. Kanalların günahı yoxdur. kanallarin Toyunuza, tədbirinizə kimləri çağırıb ətək-ətək pul verirsiniz? Siz sağ, mən salamat. 3-4 aydan sonra yadınıza salacağam bu söhbəti. Görüm Azərbaycan xalqı özü öz istedadını itirib axtarırmı”. 

“Eurovision-2008” təmsilçimiz Samir Cavadzadə: “Və birdən qəfildən oyandılar və bizimkilər istedadı xatırladılar. Ağıllı! Uğurlar! Afərin sənə ki , məhz bu mahnını oxudun” 

Müğənni Nura Suri: Sizi bilmirəm, amma mən Samir Cavadzadə və Elnur Hüseynovun qədrini əvvəldən bilmişəm. Onlarla mütəmadi görüşürəm və dostluq edirəm. İmkanım olsa sponsorluq da edərəm. Heyf ki, əlimdə elə imkanım yoxdur. Onları “Eurovision”a getməzdən əvvəl tanıyıram və istedadlarına bələdəm. Bir gün onlar da Əzizə Mustafazadə kimi çıxıb gedəcəklər”. 

Model Günay Musayeva: “O SəsTürkiyə”də inanılmaz bir səs, bu günə qədər ki ən yaxşı səsə sahib iştirakçı Elnur Hüseynov uğurlar”. 

Teleaparıcı Aytən Səfərova: “Hamı ağızdolusu Elnur Hüseynovdan danışır:

Bəs nə oldu, ay onu səsinə qiymət verməyib orientasiyasına görə qınayıb buralardan küsdürənlər. Orientasiyanın insanin istedadına və elə insanlığına heç bir aidiyyatı yoxdur. Azərbaycan şou-biznesi iylənib. Nə qədər eyni adamları görmək olar? Mən hələ səhnəyə cavanları buraxmayan, onları hər yerdə pisləyib, sifətin çevirən yaşlı xalaları və üzünü dartdıran bığlı dayıları demirəm. Yeməyənin payını yeyərlər. Elnura Türkiyədəki fəaliyyətində uğurlar arzulayıram”. 

Teleaparıcı Zemfira Adıgözəlova: “Acı da olsa, gerçək: Bundan sonra Elnuru aeroportda qarşılayacağıq, onun haqda süjetlər və verilişlər edəcəyik, Elnurun səhifəsində bir şəkil çıxan kimi saytlar yayacaq. Elnurun Türkiyədəki uğurlarən oturub izləyəcəyik, o azərbaycanlıdır deyəcəyik. Amma buna qədər Elnur bizim hələ “Eurovision”dan fəxrimiz olub və nə edirdi, harada idi, necə dolanırdı bu sizi maraqlandırmırdı. Heyf ki, bu bizik”. 

Könül