Obama Güləni təhvil verəcəkmi? - Ərdoğanla telefon danışığı

obama-guleni-tehvil-verecekmi-
Oxunma sayı: 6030

ABŞ prezidenti Barak Obama Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla telefonla danışıb.

Qafqazinfo” Russian.rt-yə istinadən xəbər verir ki, iki ölkə lideri “Xidmət” hərəkatının rəhbəri Fətulah Gülənin ekstradisiyası ilə bağlı müzakirə aparıblar.

Ağ Evin mətbuat katibi Coş Ernest məsələ ilə bağlı qısa açıqlama verib:

“Türkiyə hökuməti ABŞ tərəfinə Gülən cənablarının statusu haqda məlumatları elektron formada göndərib. Ədliyyə Nazirliyi və Dövlət Departamenti hazırda sözügedən sənədləri araşdırır”.