“Qafqazinfo”nun verdiyi xəbərə görə, Hacıqabul rayon sakini Elşən Atamoğlanov sosial şəbəkədə özünü Ayka kimi təqdim edən şəxslə tanış olub. Aprelin 9-da “Ayka” Elşəni Nizami rayonunda kirayədə yaşadığı evə dəvət edib. Həmin evə gedən Elşən Aykanın oğlan olduğunu görüb və həmin oğlan qonağını bıçaqla hədələyərək mobil telefonunu alıb.
Araşdırmalarla Aykanın əslində Şabran rayon sakini Qismət Soltanov olduğu aydınlaşıb. “Ayka” polis tərəfindən saxlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər