“Oğlumu 3 gün dəfn etməyə qoymadım” - Video

“Oğlumu 3 gün dəfn etməyə qoymadım”
Oxunma sayı: 4879

Müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova avtomobil qəzasında həyatını itirən oğulları Rəhim Həsənov haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, “O üz” verilişinə müsahibə verən ana oğlunun vəfatından sonra onu üç gün dəfn etməyə icazə vermədiyini etiraf edib:

“Dua edirdim ki, ölüm, mən niyə yaşayıram? Sonra zaman keçdikcə düşündüm ki, mən yoxamsa Rəhim də yoxdur. Mən yaşamalıyam ki, Rəhimi yaşadım. Bir gün mənə dedi ki, ana, elə düşünürəm ki, mən tez öləcəm. Məndə Rəhim doğulandan bir qorxu hissi var idi. Elə bilirdim ki, Rəhimə nəsə olacaq və o xəbər səhər gələcək. O xəbər elə səhər gəldi. Bir xüsusiyyəti var idi, həmişə tələsirdi. Avqustun 17-si 21 yaşı tamam olurdu. Tortu götürüb yanına getdim, 21 rəqəmli şamın biri yanmadı. 2-ni yandırdıq, şamın 1-i yanmadı. Yarım saat çalışdıq ki, yansın amma yanmadı. Dedim yəqin hər zaman tələsdiyin yarım qalmış həyatındır sənin. Rəhimi 3 gün dəfn etməyə qoymadım. Yola salan gün dedim ki, mənə bir işarə ver ki, səni görə bilim. İnanırsız, bir balaca kəpənək gəldi və uçmağa başladı. O mənə mesaj göndərdi ki, məni görür. O gündən evdən kəpənək əskik olmur. Ən böyük arzum onu bəylik kostyumunda görmək idi”.