“Oğlumu ölümə atan komandir azadlıqdadır” - Əsgər atası

oglumu-olume-atan-komandir-azadliqdadir-esger-atasi
Oxunma sayı: 982

Daha bir əsgər atası oğlunun ölümünə səbəb olan şəxslərin cəzalanmasını istəyir. “Qafqazinfo”ya müraciət edən hərbi xidmətinin başa çatmasına 1 ay yarım qalmış, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş 13 fevral 2012-ci ildə öldürülən əsgər Kamran Hacıyevin atası Coşqun Hacıyev oğlunun ölümünə səbəb olan hadisəni yazıb:

“Kamran Hacıyev mənim yeganə oğlum idi. Həmin gün saat 12.20-də qaravulda olmalı olan oğlum Hacıyev Kamran Coşqun oğlu müəmmalı sürətdə gənc əsgərlərin yataqxanasında peyda olmuş və elə həmin gün də saat 12.45-də qətlə yetirilib. Cinayət işinin materiallarına görə, guya 13 fevral 2012-ci il tarixində qaravul xidmətində olan oğlum saat 10.00-dan 12.00-a qədər postda olmuş. Daha sonra isə oğlum qaravul rəisi Rafiq Əliyev tərəfindən təhkim olunmuş avtomat silahı və 60 güllə ilə birlikdə gənc əsgərlərin yataqxanasına gətirilib və elə orada bölük növbətçisi kiçik çavuş Vəliyev Asim tərəfindən tərk-silah edilərək öz silahı ilə güllələnərək qətlə yetirilib”.
Əsgər atası iddia edir ki, oğlunun ölümündə günahkar Asim Vəliyev yox, təlim bölüyünün 5-ci tağım komandiri, həmin vaxtı qaravul rəisi olan baş leytenant Rafiq Əliyevdir: “Cinayət işinin materiallarında olan şahid ifadələrindən göründüyü kimi, oğlumun qətlinə səbəb olan cinayət baş leytenant Rafiq Əliyevin vəzifəli şəxs kimi, xidməti vəzifəsini yerinə yetirərkən yol verdiyi səhlənkarlıqlarla dolu qanunsuz hərəkətləri olub. Əgər o səhlənkarlığa yol verməsəydi oğlum bir aydan sonra evdə olardı. Necə olur ki, oğlum qaravul xidməti vaxtı əsgər yataqxanasında olub? Bu Rafiq Əliyevin qanunsuz hərəkətləri nəticəsində baş verib. Belə ki, Rafiq Əliyevin yol verdiyi qanunsuz hərəkətləri və xidmət vəzifəsinə səhlənkar münasibətləri nəticəsində oğlumun qətlə yetirilməsi istintaq materiallarının özü ilə də açıq-aşkar təsdiq olunsa da, müstəntiq həmin hallara yanlış qiymət verərək, guya Rafiq Əliyevin həkətlərində cinayət əməlləri olmadığı üçün barəsində cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar da verib. Bu yaxınlarda iş materialları ilə tanış olan nümayəndəm mənə bildirdi ki, Rafiq Əliyevə qarşı irəli sürdüyün ittihamlar protokola qeyd olunsa da, bu barədə heç bir tədbir görülməyibr. İş materiallarında Rafiq Əliyev barəsində cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarın da mənə təqdim olunması barəsində də heç bir sənəd cinayət işində yoxdur”.
Coşqun Hacıyev deyir ki, necə olur ki, istintaq qətlə yetirilən oğlumun hərbi hissənin əsgər yataqxanasına Rafiq Əliyev tərəfindən gətirilməsini sübut etməyə çalışır, amma şahidlər oğlumu yataqxanaya Rafiq Əliyevin gətirildiyini görməyiblər:

“Rafiq Əliyevin oğlumu əsgər yataqxanasına gətirməsi isə ya vəzifə səlahiyyətlərini aşmadır, ya da vəzifə səhlənkarlığıdır. Bunun hər ikisi də hərbi cinayətdir. Şahid ifadələri isə, təsdiq edir ki, qaravul rəisi bütün günü qaravulda olmayıb. Çünki, oğlumun əsgər yataqxanasına kim ilə gəldiyini hərbi hissədə 2 nəfər bilməyə borcludur. Onlardan biri bölük növbətçisi olan təqsirləndirilən şəxs kişik çavuş Asim Vəliyevdir. Biri də əsgər yataqxanasına kənar adamların daxil olmamasına təminat verən qapı gözətçisi Əlizadə Cahid Əlövsət oğlu olub. İttiham aktına əsaslansaq, həmin 2 nəfərdən heç biri ifadələrində qətlə yetirilən oğlumun karavul xidməti rəisi Rafiq Əliyevlə birlikdə hərbi hissənin əsgər yataqxanasına gəlməsini göstərməyiblər. Beləki, onlardan biri təqsirləndirilən şəxs olan Vəliyev Asim İslam oğlu məhkəmə iclasında ifadəsində də bildirdi ki, oğlumu əsgər yataqxanasına karavul rəisi Rafiq Əliyev yox, karavulun dəyişdiricisi Davıdov adlı bir əsgər gətirib. Rafiq Əliyev isə həmin günü karavul rəisi təyin olunsa da, həmişə taqım komandiri kimi xidməti otağında olub. O birisi isə gün növbətçisi kimi, qapıda gözətçi duran əsgər Əlizadə Cahid Əlövsət oğlu olub. Onun da ifadəsində qətlə yetirilən oğlumun Rafiq Əliyevlə əsgər yataqxanasına gəldiyi göstərilməyib”.

Əsgər atası oğlunun ölüm anının ittiham aktında bu cür təsvir olunduğunu deyib: “Saat 12.20 radələrində şəxsi heyət yeməyə getdikdən sonra əsgər yataqxanasına əsgər təqsirləndirilən şəxs Asim Vəliyev gəlmiş və bir qədər sonra isə baş leytenant Rafiq Əliyevlə əsgər Kamran Hacıyev gəlib. Guya qaravul xidmətinin rəisi oğlum ila birlikdə postları yoxlamağa gedərkən siqaret almaq üçün əsgər yataqxanasında olan kabinetinə gəlmiş, oğlumu üzərində olan avtomat silahı və 60 ədəd avtomat gülləsi ilə əsgər yataqxanasında saxlayıb və ona gözləməyi tapşırıb. 30 dəqiqəyə siqaret tapan Rafiq Əliyev kabinetdən çıxmaq istəyəndə güllə səsini eşitməyib. 30 dəqiqədən çosonra güllə səsinə tərəfə gedəndə 60 patronlala əsgər yataqxanasında saxladığı əsgərin güllələndiyini görür.

Mərhum əsgərin atasının sözlərinə görə, hadisədən 1 gün qabaq, yəni 12 fevral 2012-ci il tarixində həmin hərbi hissədə gənc əsgərlərin and içmə mərasimi olub. Xeyli gənc əsgərlərin validenləri hərbi hissədə olublar. Belə olan halda əksər valideynlər uşaqlarının komandirləri üçün qiymətli spirtli içkilərdən gətirirlər. Ehtimal olunur ki, hərbi hissənin zabitlərinin, o cümlədən Rafiq Əliyevin də başı içki məclisinə elə qarşıb ki, qaravul rəisi olmağını yaddan çıxardaraq, heç qaravulda olmayıb, sahibsiz qalan qaravulda oğlumun qətlinə gətirən cinayət hadisəsi baş verib. Məhkəmə iclaslarında əksər ifadələrlə də təsdiq olunur ki, qaravul rəisi həmin günü həmişə əsgər yataqxanasında olub. Mən bu barədə istintaq ifadə verdim. Lakin mənim bu ifadələrim müstəntiq nəzərə almadı. Üstəlik mənə bildirdi ki, sənin oğlunu vurana qanunda nəzərdə tutulduğundan da ağır cəza veririk ki, sən zabitdən şikayətçi olmayasan. Bu da onu göstərir ki, müstəntiq açıq-aşkar oğlumu ölümə aparan və oğlumun ölümünə səbəbkar olan qaravul rəisi Əliyev Rafiqi müdafiə edir. Halbuki oğlum Rafiq Əliyev tərəfindən yol verilən özbaşınalıqların qurbanı olub”.

Əsgər atası əsl cinayətkarın cəzalanmamasından narazılığını ifadə edib:

“Guya oğlumun qətli ilə əlaqədar hərbi prokurorluq tərəfindən yekunlaşdıraraq Bakı Hərbi Məhkəməsinə göndərilən cinayət işinin baxılması zamanı da məhkəmə əsl cinayətkar olan və oğlumu ölümə gətirən qaravul rəisi barəsində heç bir tədbir görülmür. İşə baxan hakim deyir ki, hərbi prokurorluq onun barəsində cinayət işinin başlanmasını rədd etdiyi üçün mən heç nə edə bilmərəm. Beləki, bu bu barədə məhkəməyə vəsatət də təqdim etdim ki, bu işə aydınlıq gətirilməsi üçün qaravul heyəti dindirilməlidir. Məhkəmə bu vəsatətimi də təmin etmədi”.