Oktay Mirqasımov İbrahimbəyovu biabır etdi

oktay-mirqasimov-ibrahimbeyovu-biabir-etdi
Oxunma sayı: 1311

“Qafqazinfo” xəbər verir ki, bunu “Yeni Azərbaycan” qəzetinə müsahibəsində tanınmış kino xadimi Oktay Mirqasımov deyib. O, deyib ki, həmin ərəfəyə qədər ümid edirmiş ki, bəzi adamlara həqiqəti xatırlatmaqla, vəziyyəti normallaşdırmaq, bəzən düşünülməmiş, bəzən nadürüst əməlləri aradan qaldırmaq olar: “Təəssüflər olsun ki, bu alınmadı”.

O. Mirqasımov müsahibəsini belə davam edib: “Uzun zaman Rüstəm İbrahimbəyovun fəaliyyətini yaxından, verdiyi açıqlama və müsahibələri mətbuatdan izləmiş, o cümlədən, onu yaxşı tanıyan bir şəxs kimi deyə bilərəm ki, Rüstəm İbrahimbəyov praqmatik bir insandır. O mənada ki, Rüstəm İbrahimbəyov şəxsi maraqlarına ziyan gətirəcək heç bir addım atmaz. Yəni, bu adam hər zaman şəxsi maraqlarını güdüb. Onun son açıqlamalarından və bəyanatlarından görürük ki, hər bir cümlədə bir əmlak, vəsait, daşınmaz əmlak, yaxud da hansısa biznesə aid məsələlər öz əksini tapır. Bu da onun təbiətindən xəbər verir. Digər tərəfdən, bəzən onu ictimai maraqların müdafiəçisi kimi qələmə verməyə çalışırlar. Lakin onun müsahibələrini və açıqlamalarını dərindən analiz edəndə orada biz vətənpərvərlik meyillərini görmürük. Burada daha çox kosmopolitizm, bəzən də özgəni öz qardaşından çox istəmək, üstün tutmaq meylləri hiss olunur. Heç uzağa getməyək, onun “BBC”yə müsahibəsini xatırlamaq yerinə düşər. Başqa bir məsələ, bu adam vaxtı ilə yaradıcılıqda müəyyən uğurlar qazanıb. Lakin son illər...
Kimin nə deməsindən asılı olmayaraq, hər şey bütün çılpaqlığı ilə ortadadır”.

“Digər tərəfdən bu qurumun keçirdiyi Şərq-Qərb kino festivalının yaşadılması üçün neçə il dövlət büdcəsindən yardım edilib. Ancaq bu festival bir iz qoyubmu? Məhz kiminsə düzgün qurulmayan fəaliyyəti nəticəsində bu festival ciddi beynəlxalq tədbir statusundan çıxaraq, ailəvi, dostbazlıq qonaqlığına çevrilib. Dövlətin kino siyasətinin reallaşdırılması istiqamətində üzərlərinə düşən işlərin öhdəsindən bu cürmü gəlirlər?”.